►Tapılmayan vә tapılması da mümkün olmayan bir şey haqqında işlədilən ifadə.
Deyim qədim yunan filosofu Anaksaqorun (e.ə. 500–428) yumurta ağı ilə bağlı işlətdiyi obrazlı ifadədən yaranmışdır.
Antik yunan fəlsəfəsinin tədqiqatçıları göstərirlər ki, filosof Anaksaqor «quş südü» dedikdә müəyyən obrazlılıq yaratsa da, əslində, yumurta ağını nәzәrdә tutmuşdur. Bu yanaşmanı sadəcə hər şeyə obrazlı baxan bir filosofun fantaziyası hesab etmək olarmı? Tədqiqatçılar bu suala da cavab verir və göstərirlər ki, belə bənzətmə təsadüfi deyildir, çünki Anaksaqorun dövründə qәdim yunanların bir çoxunun təsəvvüründə belə bir qənaət kök salmışdı ki, dünyada elə bir ada var ki, orada quşlar süd verir.
Məlumdur ki, süd ancaq mәmәli heyvanlarda ola bilәr. Quşların süd vermәsi isә mümkün deyildir. Lakin danışıqda «təkcə quş südü çatmır», «süfrədə quş südündәn tutmuş dəvə ətinə qədər hər şeyi var» kimi ifadәlәr mövcuddur.
Məsəllər, deyimlər