►«İnsan və ya heyvan necə yaradılırsa, qanında, genində nə varsa elə də davam edir, onu dəyişməyə ehtiyac yoxdur» mənasında işlədilən ifadə.
İfadә qədim yunan şairi Ezopun «Çoban qurd» tәmsilindən götürülərək dünyanın müxtəlif dillərində yayılmışdır.
Tәmsildә göstәrilir ki, bir çoban kiçik bir qurd balası tapıb onu öz itlәri ilә birlikdә bәslәyir. Qurd balası böyüyüb itlərə və çobana sürüyә hücum edәn canavarları qovmaqda kömək edir. Ancaq get-gedә qoyunları aparan qurdlara qoşulmağa vә ovdan yeməyə başlayır. Bәzәn özü dә sürüdәki qoyunlardan parçalayıb yeyir. Bundan xәbәr tutan çoban qurdu öldürür.
Bu ifadәnin daha bir sıra variantları meydana çıxmışdır ki, bunlardan biri dә «itdәn it törәyәr» variantıdır. Qasım bəy Zakirin «İtdәn törәyәn axır olur səy, köpәk oğlu» misrası mәşhurdur.
Məsəllər, deyimlər