Reklam
Reklam

Məsəllər, deyimlər

QURD QUZU İLƏ OTLAYIR

►Sülh, sakitlik və әmin-amanlıq olduğunu bildirmək üçün işlədilən ifadə.

İfadə yәhudilәrin müqәddәs kitabı «Tövrat»dan qaynaqlanır.

Həmin kitabda göstәrilir ki, bir zaman dünyaya әdalәtli bir şah gәlәcәk, yer üzündә haqq-ədalət zəfər çalacaq, dinclik və əmin-amanlıq olacaq, heç kim incidilməyəcək, bütün zülmlәrin kökü kәsilәcәk, qurd quzu ilә otlamağa başlayacaq.

Bu vasitә ilә din xadimlәri xalqın başının altına yastıq qoyur, onu arxayınlaşdırır, xəyallarla yaşamağa vadar edir, yaxşı gün uğrunda mübarizәdәn çәkindirmәyә çalışırdılar.

Buna bənzər fikirlər islamda, xristianlıqda, hətta buddizmdə də vardır. Onların yaratdığı təsəvvürə görə, dünyada ədalətsizlik baş alıb gedəndə İsa peyğəmbər, Sahibi əz-Zaman, Krişna yenidən qayıdacaq, dünyada ədaləti, əmin-amanlığı bərpa edəcəkdir.

Bizim günlərdə bu ifadə dinclik, sakitlik, əmin-amanlıq, qarşılıqlı anlaşma olan davasız yerləri səciyyələndirərkən işlədilir.

Məsəllər, deyimlər