Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qur-qur1 [qur-qur]

1. Qarın quruldaması, bağırsaqların içindəki qaz və ya mayenin hərəkətindən qarında hasil olan səsi bildirən təqlidi söz.
2. Qurbağaların çıxardığı səsi bildirən təqlidi söz, quruldama.
3. Boğazı dar qabdan tökülərkən mayenin çıxardığı səsi bildirən təqlidi söz.
4. Sulu qəlyanı çəkərkən, küpünün içində hasil olan səsi bildirən təqlidi söz.
5. Qarışıq, anlaşılmaz danışıq, səs. □ Qur-qur salmaq.

qur-qur2 [qur-qur] isim

İçinə giləli meyvə yığmaq üçün ağac qabığından qayrılan boruşəkilli qab. □ Uşaqlar qur-qurda çiyələk gətirmişdilər.

Azərbaycan dilinin izahlı lüğəti