Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

qulaq seyvanı

İnsanda və əksəriyyət məməlilərdə eşitmə aparatının sonuncu – xarici hissəsi.

Q.S.-nın içəri tərəfdən labirintvari olması havada yayılan səs dalğalarının daha rahat qəbul edilməsinə kömək edir. Quru əraziyə (havaya) nisbətən suda səs tez yayılır. Buna görə balıqlara daxili qulaq kifayət edir; suda-quruda yaşayanlarda orta qulaq (səs yolu – təbil pərdəsi), məməlilərdə isə 3-cü hissə xarici qulaq əmələ gəlmişdir. Sürünənlərdə bu vəzifəni dəri qatlağı, quşlarda bir topa uzun lələk yerinə yetirir, yəni səsi qulağa yönəldir.

Biologiya terminlərinin izahlı lüğəti