►Pis, yaramaz, çirkin niyyәtini yaxşılıq, məsumluq pәrdәsi altında gizlədən ikiüzlü, riyakar adamları sәciyyәlәndirmәk üçün işlәdilən ifadə.
İfadə «İncil»dәn götürülərək qәdimdәn bәri Şәrqdә vә Qәrbdә geniş yayılmışdır.
İnsani münasibətlərdə ikiüzlülüyü, saxtakarlığı və riyakarlığı diqqət mərkəzinə gətirən bu məsəl haqqında çoxlu rəvayətlər vardır. Amma onların hamısını bir motiv birləşdirir: özünü üzdə yaxşı göstərib əsl niyyətini gizlədən, fürsət düşdükdə isə canavar kimi davranan bədniyyət adamlardan uzaq durun, kiminlə münasibət qurduğunuzun fərqində olun.
Mirzə Fətəli Axundzadənin «Kәmalüddövlә mәktubları»nda (1875) deyilir: «...Bir para cüvәllağı, bir para qoyun donunda olan qurdlar vә şarlatanlar özlәrinin beşgünlük mәnfәәti üçün bir böyük millәti illәrlә әqidəyi-batilәdә saxlayıblar» («İkinci mәktub»dan).
İfadə bu günümüz üçün də çox aktualdır və xüsusən qəzet yazılarında, bəzi vəzifəli şəxsləri tənqid edən publisistik materiallarda tez-tez rast gəlinir.
Məsəllər, deyimlər