Hər qoşma bəndindən sonra gəraylı və bayatı bəndinin də işləndiyi az rast gəlinən şeir forması.
Nümunə:
Sən mənim qədrimi bilmədin, canan,
İndən sonra bu dostluğu duala.
Görəndə didarın sənin hər zaman
Düşər könlüm yüz min iki xəyala.
Xəyal etdim bu sevdanı,
Çağırram qədir mövlanı.
Gözümdən töküb al-qanı,
Çün çəkirəm dərdü-bəla.
Dərd, bəla canda olu,
Cəsəddə, canda olu,
Yar gəlib seyr etməyə,
Açmışam canda yolu. (Molla Cümə)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti