►Hәddi-büluğa çatmaq, yetişmək, böyümək, özünü tanımaq.
İfadə qədim xalqlarda evlənmək adətləri ilə bağlı yaranmışdır.
Qәdim qәbilәlərin bir әlamәti də qan qoһumluğu idi. Bir neçә tirədәn tәşkil edilən qәbilә üzvlәrinin zәnnincә, onlar һamısı eyni bir (ulu) babanın törәmәlәri olduğundan tirәnin (vә ya qәbilәnin) daxilindә evlәnmәk vә ya әrә getmәk qadağan һesab olunurdu. Odur ki bir qәbilәnin qızları yalnız başqa tirәnin (vә ya qәbilәnin) oğlanlarına әrә gedә bilәrdilәr. Ona görə də ərə getmәk vaxtı çatan qızlar rәmzi məna daşıyan vә adәtәn, kәnddәn, yaşayış mәskәnindәn bir qәdәr uzaqda yerlәşәn «Qızlar bulağı» adlı çeşmənin başına toplaşar, orada yuyunar, bәzənәr, özünə ömür-gün yoldaşı seçәrdilәr. Günortaya yaxın gәnc oğlanlar da bu bulağa gələrdilər. Hәr kәs әlindә gül, alma vә s. aparar, ürəyində istәdiyi, sevdiyi qıza tәqdim edərdi. Oğlanın hәdiyyəsini almamaq onu rәdd etmək sayılardı.
Dilimizdә işlәnәn «alma atmaq», «əyil dәsmalın götür», «bizә gül göndәrәn yar» vә s. ifadәlәr, hәr halda, bu cәhәtdәn maraqlıdır.
Qızlar bulağı ilә әlaqәdar olan adәtlərin izlәri dilimizdә bir sıra ifadәlәrdә yenə də yaşamaqdadır.
Məsəllər, deyimlər