Reklam
Reklam

Məsəllər, deyimlər

QIZIL OĞLAN

►Pula pul deməyən, israfçılıq edən, pozğun һәyat tərzi keçirən varlı ailələrin uşaqlarına, işsiz vә avaralara verilmiş ad.

İfadә ilk dәfә Fransada 1794-cü ilin 9 Termidorundan sonra irticaçıların başçısı Freronun әtrafına toplanmış әks-inqilabçı Paris gәnclәri barәsində deyilmişdir.

Həmin dövrdə xeyli varlanmış meşşanların uşaqları siyasәtdәn yorulduqlarını vә «һәyatdan zövq almaq» istәdiklәrini bildirirdilәr. Onlar geyimlәrindә dә, danışıqlarında da (öz nitqlәrindә «r» sәsini tәlәffüz etmirdilәr, «Parij» әvәzinә «Paij» deyirdilәr) fәrqlәnmәyә çalışırdılar.

Freron һәlә 1795-ci ildә göstәrmişdir ki, «qızıl oğlan» ifadәsini onlar һaqqında yakobinçilәr düzəltmişdilәr. Sonralar bu ifadә ümumilәşmiş vә yuxarıda göstәrilәn mәnada bir sıra dünya dillәrində, o cümlәdәn dә Azәrbaycan dilindә işlәnmәyә başlamışdır.

Məsəllər, deyimlər