Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qızarmaq [qızarmax] feil

1. Çox qızmaqdan qırmızı rəng almaq, közərmək. □ Dəmir ocaqda qızardı.

2. Şiddətli od üstündə tavada və s. qırmızı oluncaya qədər qovrulub bişmək. □ Ət qızarmışdır.
3. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, allanmaq. □ Şaxtadan yanaqları qızarmışdır.
4. Yetişmək, dəymək (meyvələr haqqında). □ Almalar qızarıbdır.
5. Uzaqdan görünmək (qırmızı şey və işıq haqqında). □ Dağın ətəyində lalələr qızarır.
6. Məcazi mənada: utanmaq, xəcalət çəkmək. □ Xəcalətdən qızarmaq.
7. Acıqdan, hirsdən üzünün rəngi dəyişib qırmızılaşmaq. □ Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. (M.S.Ordubadi).

Azərbaycan dilinin izahlı lüğəti