►İntiqama, qisas almağa, əvəz çıxmağa səsləyən və ona bəraət qazandıran ifadə.
İfadә qədim qəbilələr və insanlar arasında mövcud olmuş intiqam qanunlarından qaynaqlanaraq yayılmışdır.
Əslində, ifadənin kökü daha qәdimlәrə gedib çıxır. Qәdim intiqam, qisasçılıq qanununa görә, göz çıxaranın gözü çıxarılmalı, diş sındıranın dişi sındırılmalı, xülasә, şәxs nә cinayәt etmişsә, һәmin iş onun öz başına gәtirilmәli idi. Ümumiyyətlə, qan intiqamı çox qәdim qәbilә hәyat tәrzi ilә әlaqədar olmuş, bir sıra xalqlarda özünü göstәrmişdir. Səmavi dini kitablarda, o cümlədən «İncil»də və «Quran»da da intiqam məsələsi öz əksini tapmışdır.
Mәlumdur ki, islam dini әrәblәrə mәxsus bir sıra ictimai hüquqi vә ailә-mәişәt normalarını qanun şәklinә salmışdır. Şәriәtin belә qәbul edib qanunlaşdırdığı davranış normalarından biri dә cinayәtkarın cәzalandırılması qanunudur. Bu cәzanın dörd növü müәyyәn edilmişdir ki, onların birincisi intiqam (qisas) qanunudur. Başqa sözlә, etdiyi əmәli şәxsin öz başına gәtirmәk: ölüm әvәzinә ölüm, təhqir әvәzinә tәhqir, yaralamaq әvәzinә yaralamaq və s. Özü dә bu qisası zәrәrçəkmiş özü vә ya qohumları alır, ya da bu vәzifә Allahın öhdәsinә buraxılırdı.
Xalqımızda bu adәtә qarşı «qanı qanla yumazlar, qanı su ilә yuyarlar» deyimi vardır. Bununla belə, klassik vә müasir әdәbi dilimizdә bu adәtin izləri özünü hələ də göstәrmәkdәdir.
Məsəllər, deyimlər