►Yandırmaq, alovlandırmaq, yanğın törətmək.
İfadə slavyan xalqlarının folklorundan qaynaqlanır.
Slavyanlar üçün xoruz tarixən alovun rəmzi olub. Bu, xalq düşüncəsində kök salmış bəzi ehtimallarla bağlıdır. Qədim dövrlərdə kəndlilərin saxladığı, iri cins xoruzların qırmızı odlu lələkləri olurdu, xüsusən quyruğundakı lələklər külək əsərkən alovun dilinə bənzəyirdi. Kəndlilər isə düşünürdülər ki, fırtına vaxtı qırmızı xoruz buludların içindən şimşəklə bərabər çıxaraq onların daxmalarının samandan olan damının üstünə tullanır və yanğın baş verir. Ona görə də təbii yanğını həmişə qırmızı xoruzla əlaqələndirirdilər.
Real həyatda çox nadir hallarda əvvəlcədən planlaşdırılmış yanğınlar olurdu, o zaman camaat yanan yeri nəzərdə tutaraq belə deyirdi: «Onun üstünə qırmızı xoruz buraxıblar».
Məsəllər, deyimlər