Bütünlüklə, yaxud, əsasən, dağ süxurları və mineral qırıntılarının toplanması nəticəsində əmələ gələn süxurlar.
Q.Ç.S. arasında həm bərk, həm kövrək süxurlar var. Onların bəzi növlərinin formalaşmasında (məsələn, üzlük daşları hazırlanan Q.Ç.S.-da) üzvi maddələr də iştirak edir. Q.Ç.S. ölçülərinə görə qruplaşdırılır. Kobud çökmə süxurları təşkil edən qırıntıların ölçüsü 1 mm-dən artıq, qumlu, tozvarı, gilli çökmə süxurları təşkil edən qırıntıların ölçüsü isə 1 mm-dən 0,005 mm-dək olur.
Coğrafiya terminləri lüğəti