Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qeyri-müəyyən əvəzlik

İsmin yerində işlənən və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirən əvəzlik.

Qeyri-mü­əy­yən əvəzliklər kim? nə? suallarına cavab verir. Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kim, kimsə (kim isə), nə isə, hamı, hərə, bəzisi, hər kəs, hər şey və s. Bu əvəzliklərdən hamı, hərə quruluşca sadə, biri, kimi, kimsə düzəltmə, hər kəs, kim isə, nə isə, hər şey mürəkkəbdir (tərkibi əvəzlikdir). Kim isə, nə isə qeyri-müəyyən əvəz­lik­lərindən başqa, qalan qeyri-müəyyən əvəzliklər hallanır. Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və ta­mamlıq olur; məs.: Hər kəs razılıqla qarşıladı (mübtəda). Hərənizə bir söz deyəcəyəm (tamamlıq).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti