Qeybullah (bax: ad – QAYIB; ÜLLAH) kişi adı Allahın, Tanrının gözəgörünməz olması anlamındadır. Adın təhrif olunmuş forması Qeybulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Qeybulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır. XX əsrdə məişətimizdə geniş yayılmış kişi adları sırasında olan Qeybulla bu gün artıq unudulmaqdadır desək, yəqin ki, səhv etmərik.
Azərbaycan şəxs adlarının izahlı lüğəti