Reklam
Reklam

Tarix terminləri lüğəti

qəsr

ər. – saray, imarət, qala

Feodalın möhkəmləndirilmiş, istehkam xarakterli iqamətgahı, imarəti.

Q.-lər müdafiə baxımından əlverişli ərazilərdə (su hövzələri, dağlarla əhatələnmiş yerlərdə və s.) tikilib. Eyni zamanda onların ətrafında xüsusi mühəndis qurğuları inşa edilib – bəndlər salınıb, xəndəklər qazılıb, qalın divarlar çəkilib və s. Q.-lər passiv müdafiə üçün nəzərdə tutulub. Artilleriyanın inkişafı ilə əlaqədar Q.-lər də müdafiə əhəmiyyətini itirərək sırf memarlıq abidələrinə çevrilib. Orta əsrlərdə Azərbaycanda bir çox Q.-lər tikilib: Bayıl Q.-i (XIII əsr), Mərdəkan Q.-i (XIII əsr), Ramana Q.-i (XIV əsr) və s.

Tarix terminləri lüğəti