Reklam
Reklam

Tarix terminləri lüğəti

qəpəq oyunu

Azərbaycanda orta əsrlərdə, xüsusilə Səfəvilər dönəmində geniş yayılmış xalq oyunu.

Eyni zamanda həm də “qıpıq oyunu” adı ilə tanınan Q.O.-nda 6-8 atlı iştirak edib. Meydanın mərkəzində basdırılmış hündür dirəyin – “qəpəq” ağacının üstünə kiçik bardaq qoyulub. Bardaq gümüş, yaxud qızıl sikkələrlə doldurulub. Oyunçular atı çaparaq müəyyən məsafədən növbə ilə hədəfə ox atıblar. Hədəfi vuran atlı qalib sayılıb və bardaqdan tökülən sikkələr ona çatıb. Q.O. xüsusi əlamətdar günlərdə keçirilib.

Tarix terminləri lüğəti