1. Məcazi mənada: intizamsız bir surətdə hərəkət edən saysız-hesabsız adam və ya heyvan, həşərat və s. kütləsi haqqında. □ Kişilər, övrətlər, uşaqlar.. qarışqa kimi qaynaşırlar. (C.Məmmədquluzadə).
2. Hərəkət etmək, tərpəşmək, bir-birinə qarışmaq. □ Dağların başında bulud qaynaşmağına baxmayaraq, hava isti idi. (Y. V. Çəmənzəminli).
3. Məcazi mənada: daim hərəkətdə olmaq, bir an rahat olmamaq.