►Yaxın, əziz adamların, habelə eyni fikirli insanların heç bir halda bir-birinə zərər yetirməyəcəyini vurğulamaq məqsədilə işlədilən ifadə.
İfadə qarğaların davranışı ilə bağlı yanlış təsəvvürlərdən yaranmışdır.
Bu ifadә bir sıra dillәrdә işlәdilir vә buna görә bәzi tәdqiqatçılar onu beynәlxalq «statuslu» atalar sözü hesab edirlər.
Mənbәlәrin göstәrdiyinә görә, ifadәni ilk dәfә V əsrdə dil qrammatikası üzrə böyük alim Makrobi öz әsәrindә işlәtmişdir. VI əsrә mәxsus yazılarda bu ifadәni işlәdәrkәn onu «məlum mәsәl» hesab edirdilәr.
Müasir ornitoloqlar göstәrirlər ki, qarğaların gördükləri «sanitar» işlәrindәn biri dә bir-birinin gözünün әtrafına toplanan xırda cücülәri dimdiklәyib təmizlәmәlәridir. Odur ki bu işi görәn qarğa dimdiyi ilə sanki digәrinin gözünә vurur (belә sәtһi qәnaәt nəticәsindә yuxarıdakı ifadә meydana gәlmişdir), əslindә isә gözünә vurmur, gözün әtraf dәrisindәki cücülәri tәmizlәyir.
Məsəllər, deyimlər