Reklam
Reklam

Məsəllər, deyimlər

QARA BASMAQ

►Gözә qorxunc şeylər görünmәk, qorxulu yuxu, kabus görmәk.

İfadə təbiətdə şər qüvvənin mövcud olması ilə bağlı inancdan qaynaqlanır.

Qədim әcdadlarımız qara rәngli bәdxah ruhu Qarabasdı (Nəsir Rzayev) adlandırırdılar. Məhz bu bәdxah ruhun xarakteri vә adı ilə әlaqәdar olaraq dilimizdә «qarabasma» termini yaranmışdır.

Burada «vahimә», «kabus» mәnasında işlәnәn «qara» sözü tarixәn «qara-quru//qara-qura» şәklindә olmuşdur; məsələn, «Kitabi-Dədә Qorqud» dastanında «bәylәr, qara-quru düş gördüm» ifadәsi işlәnmişdir.

Qara-quru qәdimlәrdә adamları qorxuya salan, guya onların ciyәrlәrini bәdәnlәrindәn çәkib çıxardan, insana bədbəxtlik gətirən bir ruhun adı olmuşdur. Bu ruh yuxuda adamı yaxalayır. Dilimizdəki «qaralmaq», «qarğımaq», «qarabəxt», «qarabasma» vә s. sözlәri də həmin ruhla bağlıdır.

Adәtәn, qaranlıqda (vә otaqda tək olarkən) yatan adamın üstünә nә isә vaһimәli vә ağır bir şey yıxılıb onu boğmağa başlayır. Bu varlıq pişik kimi asta va sakit gәzәn bir canlı şәklindә təsəvvür olunur. O kimin üstünә yıxılırsa, hәmin şәxs tərpənə bilmir, sәsi çıxmır, tәngnәfәs olur. Bu vәziyyət bir neçә dәqiqә davam edir. Qara basmış adam yuxudan tər içində oyanır.

Bir sıra xalqlarda gecә ruhu olması qәnaәti mövcuddur. Bu әqidәnin sәbәbi, ehtimal ki, qәdim insanların qaranlıqdan qorxmasıdır. Düşmәnin, adәtәn, gecәlər basqın etmәsi dә dəһşәtli qara qüvvәlәr һaqqında təsəvvürün yaranmasına sәbәb olmuşdur.

Məsəllər, deyimlər