►Kefi pozulmaq, əhvalı təlx olmaq, çox pərt olmaq, qəmgin görünmək.
İfadə əsəbiləşərkən insanın keçirdiyi psixoloji halla bağlı yaranmışdır.
İnsanın hər hansı gərgin vəziyyətdən sonra keçirdiyi sarsıntını o dövrün xalq təbibləri bədəndə qanın qaralması ilə izah edirdilər. Qanın qırmızı olduğunu bilən qədim insanlara qanın qaralmasını sübut etmək çətin idi. Lakin müasir tibb elmi izah edir ki, insan bərk əsəbiləşdikdə və ya həyəcanlandıqda qana qırmızı rəng verən hemoqlobinin qanda miqdarı xeyli azalır, bu zaman, həqiqətən, qanın rəngi qismən qaralır. Beləliklə, bu ifadədən də məlum olur ki, qanın tərkibi və onun müəyyən səbəblərdən bəzən dəyişməsi haqqında hələ lap qədimlərdə əcdadlarımızın kifayət qədər məlumatları varmış.
Bu gün dilimizdə geniş işlənən «qanını it qanına döndərmək», «qan beyninə vurmaq», «qan çəkmək» kimi ifadələrin də kökündə müəyyən elmi əsaslar dayanır.
Məsəllər, deyimlər