Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qalxmaq [qalxmax] feil

1. Ayağa durmaq, dik vəziyyət almaq. □ Böyük içəri daxil olanda kiçik ayağa qalxmalıdır.

2. Yuxudan ayılıb yatağından durmaq. □ Gecənin yarısı qalxıb yataqdan; Tökdüm qabağıma şeirlərimi. (B.Vahabzadə).
3. Sağalmaq. □ Belə getsə xəstə tezliklə qalxar ayağa.
4. Bir şeyin üstünə, təpəsinə, başına çıxmaq; yuxarı çıxmaq, dırmaşmaq. □ Hər yay olduğu kimi, sürü yaylağa qalxdı.
5. Yüksəlmək. Daha yüksək bir vəziyyət almaq. □ Qaşları qalxdı. Gün iki cida boyu qalxmışdı.(Mir Cəlal ).
6. Qabarmaq, şişib böyümək. □ Relslər yanında torpaq bir girdab kimi köprüyüb qalxırdı. (Ə.Məmmədxanlı).
7. Hərəkətə gəlmək, hərəkətə başlamaq, ayağa qalxmaq, qalxışmaq, qiyam etmək. □ Bütün xalq işğalçılara qarşı qalxdı.
8. Səviyyəsi artmaq, daha da yüksəlmək. □ Çayın suyu qalxmışdır. Barometr qalxmışdır.
9. Daha da güclənmək, artmaq. □ Gecə uşağın qızdırması yenə qalxdı.
10. Vəzifəsi, rütbəsi, mövqeyi, nüfuzu yüksəlmək, tərəqqi etmək, irəliləmək. □ O, elm sahəsində xeyli qalxmışdır.
11. Birdən başlamaq, qopmaq, ucalmaq, artmaq və s. mənasında olaraq, köməkçi feil kimi bir sıra isimlərin qabağına gətirilir. □ Dənizdə tufan qalxır. Xəzərin köpüklü çılğın dalğaları sahili gəmirirdi. (M.Hüseyn).

Həmçinin bax:

frazeologizm: ahı göylərə çıxmaq (qalxmaq) frazeologizm: aradan qalxmaq frazeologizm: ayağa qalxmaq frazeologizm: azardan qalxmaq frazeologizm: azarı qalxmaq frazeologizm: başından duman qalxmaq frazeologizm: dava qalxmaq (düşmək) frazeologizm: əli qalxmamaq frazeologizm: ərşə dayanmaq (qalxmaq) frazeologizm: kefi ala buluda qalxmaq frazeologizm: qoltuğu qalxmaq frazeologizm: qurdu oyanmaq (qalxmaq) frazeologizm: yataqdan qalxmaq Azərbaycan dilinin izahlı lüğəti