►Böyük əhәmiyyəti olan bir iş görmüş, zəfər çalmış adamın bu prosesdə yol verdiyi hansısa səhvlərini müzakirə etməyin yersiz olduğunu bildirən ifadə.
Bәzi tədqiqatçıların fikrincə, ifadə rus imperatriçəsi II Yekaterinaya (1729–1796) aiddir.
Böyük rus sərkərdəsi Aleksandr Suvorov (1730–1800) 1773-cü ildə feldmarşal Rumyantsevin (1725–1796) əmrinə məhəl qoymayaraq bir qalanı almışdı vә mәһz əmri pozduğu üçün hərbi tribunala verilmişdi. Suvorovu müdafiə edən imperatriçə bu münasibәtlә yuxarıdakı ifadәni işlәtmiş vә sonralar həmin deyim mәşhurlaşmışdır. Tarixi sənədlәr bu rəvayәtin doğruluğunu tәsdiq etmir vә bu rəvayәt dә, әslindә, Suvorov haqqında uydurulan lәtifələrdәn sayılır.
Bәzәn bu ifadәnin müәllifliyini Makedoniyalı İsgәndәrә də aid edirlər. Bu mülahizә dә tam sübut olunmamışdır.
Məsəllər, deyimlər