Reklam
Reklam

Məsəllər, deyimlər

QAÇAQ NƏBİYƏ DÖNMƏK

►Uzun müddәt görünməmək, adam içinə çıxmamaq, gözə dəyməmək.

Adәtәn, giley vә ya zarafat tәrzindә ərklə işlədilən bu ifadə Azәrbaycan xalq qәhrәmanı Qaçaq Nәbinin (1854–1896) adı ilə bağlıdır.

«Qaçaq Nəbi» dastanından götürülmüş bu ifadə ümumilәşәrәk, bәzәn dә, ümumiyyәtlә, «qaçaq düşmək» mәnasında işlәdilir.

XIX əsrin axırlarında Zəngəzurda qaçaq hərəkatına başçılıq etməsi, yoxsul xalq kütlәlәrinə qahmar çıxması, ədalətsizliyə qarşı mübarizə aparması Qaçaq Nәbini el arasında çox mәşhur etmişdi. Onun haqqında bir sıra rәvayәtlәr, qoşmalar, mahnılar, qanadlı sözlәr yayılmışdır.

Bəzən yaxın adamlar, daha çox dostlar gec-gec görüşәndә ərklə «Ay balam, sən lap Qaçaq Nəbiyə dönmüsən» deyirlər.

Məsəllər, deyimlər