Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

proteksionizm

lat. protectio – müdafiə, hamilik

1. Hər hansı şəxsin, qrupun, ­so­sial, yaxud iqtisadi fəaliyyət sahəsinin ­sə­lahiyyət sahibləri, əsasən, hakimiyyət tərəfindən məqsədli müdafiəsi.

P. cə­miy­­yətdə imtiyazlı qrupların yaranmasına, haqsız rəqabətə, ictimai institutların haki­miyyətdən asılılığının güclənməsinə gətirib çıxarır. P. medianın müstəqilliyinə, ədalətli rəqabət şəraitində normal inkişafına ciddi təhlükədir. O özünü ən müxtəlif forma­larda – iqtisadi (eynitipli KİV-in seçmə qrupuna maliyyə yardımı göstərilməsi, məcburi abunə yazılışının təşkili), siyasi (reklam bölgüsündə, müəyyən tədbirlərə dəvətdə media orqanlarının siyasi rəğ­bə­tinin nəzərə alınması), sosial (bəzi media orqanlarında çalışanların mənzil-məişət problemlərinin həll edilməsi) sahələrdə göstərə bilər. 

2. İctimai maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən, lakin iqtisadi fəaliyyət və inkişaf imkanları məhdud olan sahələrin himayəyə götürül­məsi.

Əgər dövlət uşaq nəşrlərinə xüsusi vergi güzəştləri tətbiq edirsə, bütün tele­kompaniyalara təhsil verilişləri üçün ­ödə­nişli sifarişlər verirsə, bu, ictimai mə­na­fenin müdafiəsinə yönəldilmiş P.-dir.

Jurnalistika terminləri lüğəti