Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

pornoqrafiya

yun. pornos – satılan + grapho – yazıram, təsvir edirəm

Seksual hislər oyatmaq məqsədilə əsərdə cinsi əlaqənin açıq şəkildə təsvir edilməsi.

P. termini ilk dəfə XVIII əsrdə fransız yazıçısı Retif de Bretonna tərəfindən işlədilib. P. erotikanın ifrat formasıdır. Belə ki, əgər erotikada çılpaq bədənin gözəlliyi əks olunursa, P.-nın məqsədi çılpaq bədəni və ya cinsi əlaqəni təsvir etməklə oxucuda şəhvani ehtiras hissi yaratmaqdır. Bir çox ölkələrin, o cümlədən Azərbaycanın qanunvericiliyinə görə, mətbuatda və nəşr olunan əsərlərdə pornoqrafik səhnələrin təsviri qadağandır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti