yun. pornos – satılan + yun. grapho – yazıram, təsvir edirəm
Əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud, ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, kütləvi informasiya vasitələri məhsulları, digər materiallar.
Azərbaycan qanunvericiliyində P.M.-ın yayılması kütləvi informasiya azadlığından sui-istifadə hesab olunur və qadağan edilir. Belə materialları yayan KİV mülki, inzibati, cinayət və digər formada məsuliyyət daşıyır. Eyni zamanda P.M. dərc edilən xarici mətbu nəşrlərin ölkə ərazisinə gətirilməsinə və yayılmasına da məhkəmənin qərarı ilə qadağa qoyula bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti