►Hoqqa çıxarmaq, bir işi, hadisәni bəzəyərək danışmaq, aldatmağa çalışmaq, nəyi isə şişirtmәk vә ya xüsusi məzə ilə tәqdim eləmәk; dolamaq, lağlağı etmək.
İfadə xalq məişətində kök salmış adətlə bağlı yaranmışdır.
Vaxtilə Qarabağ kәndlәrindә körpә uşaqları ovundurmaq, ağlayanda kiritmәk, anasından ötrü qışqıranda sakitlәşdirmәk üçün ağbircәk qarılar köhnə əsgi-üsgüdən pişik başı düzәldib rәngli sapla bәzәyir, onu oyuncaq kimi atıb-tutur, bu üsulla uşaqları ovutmağa çalışırdılar. Beləliklə, «pişik başı» bəzəkli bir oyuncaq kimi körpәlәrin təkcə kiriməsinə yox, həm də əylənərək sevinmələrinə səbəb olurdu.
Sonradan hər hansı hadisəni danışan adam onu dinləyənlərin diqqətini cəlb etmək üçün söhbətin gözünə əlavə çalarlar – gülməli epizodlar qatar, əhvalatı xeyli şirinləşirib ətrafdakıları əyləndirərdi. Bununla әlaqәdar söhbətlərində mәzәli, gülmәli danışıq qabiliyyәti göstərən adam haqqında «pişik başı bәzәyәn» epiteti işlәnirdi.
Sonralar bu deyim həm də kimisə aldadıb yalan danışmağı, lağlağı eləməyi, dolamağı ifadə etmişdir.
Məsəllər, deyimlər