Qanun çərçivəsində peşə fəaliyyətini kənardan heç bir müdaxilə olmadan planlaşdırmaq və həyata keçirmək bacarığı, imkanı.
Jurnalistikada P.M. redaksiya siyasətini sərbəst surətdə formalaşdırmaqdan tutmuş hazır məhsulun yayım üsullarını seçməyə qədər bütün istehsalı, ilk növbədə isə yaradıcılıq mərhələlərini əhatə edir və yalnız senzuranın yol verilmədiyi, KİV-in siyasi, maddi asılılıqda olmadığı şəraitdə mümkündür.
Jurnalistika terminləri lüğəti