Reklam
Reklam

Məsəllər, deyimlər

PERSONA QRATA

►Diplomatik dildə arzu olunan, qəbul edilən şəxs haqqında işlədilən ifadə.

İfadə diplomatik münasibətlərin tənzimlənməsi ilə bağlı yaranmışdır.

Əvvəllər diplomatiyada bir termin kimi işlənən «persona qrata» (lat. persona – sima + qrata – arzuedilən) son illərdə ümumişlək ifadə kimi geniş yayılıb.

Artıq hamının hörmət etdiyi, üzdə olan, hər zaman arzulanan insanları belə adlandırırlar. Bəzən bu ifadənin yanlış mənada izah edilməsi ilə də rastlaşırıq. Yəni latın sözü olan «grata»nı («böyük») almanca «gross», yaxud eyni mənanı verən fransız sözü «grand» ilə qarışdıranlar yanlış olaraq bu ifadəni «mühüm insan» kimi tərcümə etmişlər.

Diplomatlar, beynəlxalq hüquq mütəxəssisləri (onların ardınca da qəzetlər) əksmənalı termindən də istifadə edirlər: «persona non qrata», yəni «arzuolunmaz şəxs».

Məsəllər, deyimlər