Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

parodiya

yun. parodia – mahnının əksi

Komik effekt yaratmaq məqsədilə yazılmış təqlidi əsər; kinayәli nəzirə.

İlk P. nümunәlәri hәlә antik yunan әdәbiyyatında yaradılıb. Qәhrәmanlıq dastanlarına yazılmış “Siçanlarla qurbağaların müharibәsi” P.-sını misal göstərmək olar. P. hәm nәsr, hәm dә nəzmlə yazıla, yumoristik (dostyana, zarafatcıl) və ya satirik ola bilər. Lakin istənilən halda P.-da ilkin əsərə və onun müəllifinə tənqidi münasibət özünü göstərir. Satirik P.-da bu münasibət daha kəskin olur: müəllif öz P.-sında ilkin əsərin ideya-bədii xüsusiyyətlərindəki qüsurları qabartmaqla onu tənqid atəşinə tutur. P.-da komizm yaratmağın müxtəlif yolları mövcuddur: ilkin əsərin mövzu və məzmununa uyğun olmayan üslubun seçilməsi, şişirtmə (hiperbolizasiya) – əsər qəhrəmanının müəyyən xüsusiyyətlərinin ifrat dərəcəyə yüksəldilməsi. P. әdәbi әsәrlәrin müәyyәn bir xüsusiyyәtinә, mövzusuna, ideya mәzmununa, üslubuna, qәhrәmanlarına, kompozisiyasına, dilinә qarşı da çevrilə bilәr. P.-da konteksti dəyişdirməklə ilkin əsərdən gələn bəzi xüsusiyyətlərin gülünc hala salınması da mümkündür.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti