Reklam
Reklam

Məsəllər, deyimlər

PARÇALA və HÖKM SÜR

►Çoxmillәtli dövlәtlәrdә müxtәlif xalqlar arasına milli әdavәt salmaq vә bunu qızışdırmaq yolu ilә һakimiyyәti idarә etmək üsulu.

İfadənin Makedoniyalı İsgәndәrin atası Filippin (e.ә. 359–336) dilindәn çıxaraq yayıldığı ehtimal edilir.

Bu fikir Qәdim Roma senatının rәhbər prinsipi olmuşdur. Tarixin müxtəlif mərhələlərində ölkənin qüdrətini saxlamaq üçün hökmdarlar bu tövsiyəyə əməl etməyə çalışmışlar.

İfadә bәzәn bir termintək latın dilində olduğu kimi – «Divide et impera» şәklindә yazılır və deyilir. Müstəmləkəçiliyin geniş vüsət aldığı XIX–XX əsrlərdə bu ifadə yerlərdə hakimiyyəti sabit saxlamağa çalışan imperiya ölkələrinin siyasətinin əsas prinsipinə çevrilmişdir.

Siyasi әdәbiyyatda geniş işlәnәn bu ifadә bәdii dilimizә dә keçmişdir. Publisistik yazılarda da bu ifadəyə tez-tez rast gəlinir. Tarixçilər XX əsrin əvvəllərində Rusiya çarının Qafqaz siyasətində bu taktikanın önəmli yer tutduğunu qeyd etmişlər.

Dilimizdə bu ifadə bәzәn «nifaq sal vә hökm sür» şәklindә də işlədilir.

Məsəllər, deyimlər