Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

paralinqvistika

yun. para – ətrafında + yun. lingua – dil

Nitqi müşayiət edən səslə ifadə formalarını (səsin modul­ya­si­yası, yüksəkliyi, pauzalar bölgüsü), habelə sözsüz kommunikasiya üsullarını (jestlər, mimika, poza və s.) tədqiq edən dilçilik sa­həsi.

Səslə ifadə formaları və sözsüz ­kommunikasiya üsulları telejurnalistikada, bunlardan birincisi isə radiojurnalistikada informasiyanın ötürülməsi prosesində mü­hüm rol oynayır.

Jurnalistika terminləri lüğəti