yun. parabole – bənzər, oxşatma + lat. antenna – dirək, dorağacı
Peyk rabitəsində elektromaqnit siqnallarını (dalğalarını) qəbul etmək və ya ötürmək üçün istifadə olunan dairəvi boşqab formalı qurğu.
P.A.-ə «boşqab», «parabolik güzgü», «peyk anteni» də deyilir. O, televiziya və radio peyk yayımında tətbiq edilir, antenin diametri yayımın uzaqlığı və bucağına görə fərqlənir.
Jurnalistika terminləri lüğəti