lat. patheon – bütün ilahlara həsr edilmiş məbəd və ya yer
1. Qədim Romada təqribən e.ə. 125-ci ildə bütün ilahların şərəfinə inşa olunmuş məbəd.
Bu məbəd qədim dünya memarlığının ən möhtəşəm abidələrindən biri sayılır.
2. Görkəmli adamların sərdabələri yerləşən kompleks.
Adətən, dini məqsədlər üçün tikilmiş binalardan P. kimi istifadə olunur. 1791-ci ildə Fransa P.-una çevrilmiş Parisin Sent-Jenevyev kilsəsini buna misal göstərmək mümkündür. Həmin P.-da J.Marat, F.M.Volter, J.J.Russo, V.Hüqo, E.Zolya kimi görkəmli şəxsiyyətlər dəfn edilib.
Tarix terminləri lüğəti