1. Arxaizm. Padşah vəzifəsi; şahlıq. □ Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı. (Nağıl).
2. Arxaizm. Padşah tərəfindən idarə olunan dövlət quruluşu; şahlıq, imperatorluq. □ Padşahlığı yıxmaq....Qızıl Arslanın padşahlığı qəbul etməsini təklif edirdilər. (M.S.Ordubadi).
3. Arxaizm. Bir padşahın hakimiyyəti altında olan ərazi, ölkə, məmləkət. □ Padşahlığı idarə etmək.
4. Arxaizm. Padşaha mənsub, padşah hökumətinə məxsus; dövləti. □ Padşahlıq dumasının vəkili olmaq xatalı işdir. (S.S.Axundov).
Azərbaycan dilinin izahlı lüğəti