Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

oynamaq [oynamax] feil

1. Oyuncaqla, yaxud əyləncə üçün olan oyunlardan biri ilə məşğul olmaq, onunla vaxtını keçirmək; əylənmək. □ Qaçdı-tutdu oynamaq. Gəlinciklə oynamaq. Uşaq bütün günü oynayır.
2. İstirahət və ya əylənmək məqsədilə idman növlərindən biri ilə məşğul olmaq. □ Şahmat oynamaq. Bilyard oynamaq. Nərd oynamaq.
3. Oynamaq üçün bir şeydən istifadə etmək. □ Topla oynamaq.
4. Məcazi mənada: bir şeylə qeyri-ciddi məşğul olmaq, özünü işləyən kimi göstərmək. □ O işləmir, oynayır.
5. Boş vaxt keçirmək, vaxtını öldürmək, boş şeylərlə məşğul olmaq, əylənmək.
...mən həyata oynamağa gəlmirəm. (Mir Cəlal).
6. Bir şeylə oyuncaq kimi rəftar etmək, bir şeyi məqsədsiz olaraq əlində oynatmaq, fırlatmaq və s. □ Açarla oynamaq. Əlindəki qaşıqla oynamaq.
7. Məcazi mənada: bir şəxsə və ya şeyə oyuncaq, əyləncə kimi baxmaq, birinin arzu və iradəsi ilə hesablaşmayaraq onunla istədiyi kimi rəftar etmək. □ Adamlarla oynamaq olmaz. Əsəbləri ilə oynamaq.
8. Əylənmək, özü üçün oyuncağa, əyləncəyə döndərmək. □ Şirzad anladı ki, Yarməmməd mənliyi ilə oynayır. (M.İbrahimov).
9. Bir-biri ilə oynamaq; əylənmək.
10. Məcazi mənada: sürətlə o tərəf bu tərəfə hərəkət etmək, hərəkət edərək tərpənmək. □ Dənizdə dalğalar oynayır.
11. Məcazi mənada: şəfəqlənərək, bir şeyin üzərində, yaxud bir şeydən inikas etmək, parlamaq, bərq vurmaq; sayrışmaq. □ Göydə ulduzlar oynayır.
12. Təzahür etmək, görünmək, görsənmək, görünüb yox olmaq. □ Böyük bir maraqla açılan gözlərdə indi hədd-hüdudu olmayan bir təşviş və həyəcan kölgələri oynayırdı. (Ə.Əbülhəsən).
13. Rəqs etmək. □ Yallı oynamaq. Vals oynamaq.

14. Teatr tamaşasında, kinoda, pyesdə və s.-də müəyyən rolu ifa etmək; tamaşaya qoymaq, göstərmək. □ Qəhrəman rolunda kim oynayır?

Həmçinin bax:

frazeologizm: ağlı başından oynamaq frazeologizm: beyni yerindən oynamaq frazeologizm: cibində siçanlar oynamaq frazeologizm: çaldığına oynamaq frazeologizm: çırtığa oynamaq frazeologizm: çırtıq çalıb oynamaq frazeologizm: çilingağac oynamaq frazeologizm: əcəllə oynamaq frazeologizm: əli çalıb ayaqları oynamaq frazeologizm: əli pulla oynamaq frazeologizm: əsəbləri ilə oynamaq frazeologizm: Əzraillə çilingağac oynamaq frazeologizm: gözləri oynamaq frazeologizm: havasına oynamaq frazeologizm: hər çalınan havaya oynamaq frazeologizm: xala-xala oynamaq frazeologizm: xəzinəsində siçanlar oynamaq frazeologizm: ikili oyun oynamaq frazeologizm: közü söndürüb külü ilə oynamaq frazeologizm: qaytağı oynamaq frazeologizm: qoz-qoz oynamaq frazeologizm: nazı ilə oynamaq frazeologizm: nə hava çalsalar, oynayır frazeologizm: odla oynamaq frazeologizm: odu söndürüb külü ilə oynamaq frazeologizm: ölümlə çilingağac oynamaq frazeologizm: pərsəng yerindən oynamaq frazeologizm: porsuq oyunu oynamaq frazeologizm: siçan-pişik oynamaq frazeologizm: taleyi ilə oynamaq frazeologizm: ürəyi yerindən oynamaq frazeologizm: yel vurub yengələr oynayır frazeologizm: yerindən oynamaq frazeologizm: zınqırov səsinə oynamaq frazeologizm: zurnasına oynamaq Azərbaycan dilinin izahlı lüğəti