1. Köçəri həyat keçirməyən, daim bir yerdə yaşayan (köçəri ziddi). □ Oturaq əhali.
2. Eyni mənada quşlar haqqında. □ Oturaq quşlar bütün ili bir yerdə qalırlar.
3. İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişməyən (mal-qara, balıq və s. haqqında). □ Oturaq maldarlıq.
4. Bir yerdə oturmaqla, yerindən tərpənməyi tələb etməyən işlə əlaqədar olan. □ Oturaq və hərəkətsiz həyat tərzi nəticəsində bədənin forması dəyişir, təndürüstlük pozulur.
5. İsim kimi: oturulan, mənzil salınan yer, oturacaq yer, istirahət yeri, düşərgə və s. □ ...ay işığında daşa söykənib mürgülədiyindən, bizim oturağa yaxınlaşmamızdan xəbəri olmamışdı. (H.Nəzərli).
6. İsim kimi: bir şeyin alt tərəfi, yerə və ya başqa bir şeyə dirənən tərəfi. □ Qazanın oturağı ağzından gen olar.