Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

ördəkburun

lat. ornithorhynchys anatinus

Suda üzən ibtidai məməli.

Ö.-lar ailəsinin yeganə nümayəndəsidir. Ö. birdəliklilər dəstəsinin eyniadlı fəsiləsinə aiddir. Bədəninin uzunluğu 60 sm olub, bunun 14 sm-i quyruğa aiddir. Çəkisi isə 0,5-2 kq-dır. Vətəni Avstraliya və Tasmaniyadır. Balasını südlə bəsləyir. Yumurta qoymaqla çoxalırlar. 1-2 yumurta qoyur və 9-10 gün kürt yatır. Buna görə də onlar yumurtaqoyan məməlilər adlanır. İlk dəfə zooloq Benn tərəfindən təsvir edilmişdir. Bu heyvan Avstraliyanın simvoludur. Heyvanın şəkli Avstraliya pulunun – 20 sentin üzərinə həkk olunmuşdur. Balalarını südlə bəsləyir. Bədən temperaturu ali məməlilərdən aşağıdır. Plasentası yoxdur.

Biologiya terminlərinin izahlı lüğəti