Reklam
Reklam

Tarix terminləri lüğəti

ondabir vergisi

Orta əsrlərdə Qərbi Avropada ruhaniləri və kilsələri saxlamaq üçün əhalidən yığılan vergi.

Bu vergi məhsulun (və ya gəlirlərin) 1/10-nə bərabər olduğu üçün belə adlanıb. Qədimdə O.V. (desyatina, desima) bəzi sami xalqlarında (məs.: yəhudilərdə) mövcud olub, sonra xristianlar da onu tətbiq etməyə başlayıb. Xristian aləmində həmin verginin toplanmasına 585-ci ildən başlanıb. Qanuna görə, O.V.-ndən əldə olunan gəlirin 1/3-i kilsə binalarının saxlanmasına, 1/3-i din xadimlərinə, 1/3-i isə yoxsullara xərclənməli idi. Sonrakı mərhələdə isə o, demək olar ki, bütünlüklə ruhanilərin xeyrinə toplanıb və katolik kilsəsinin əsas gəlir mənbələrindən birinə çevrilib. O.V. 1789–1790-cı illərdə Fransada, XIX əsrdə isə digər Avropa ölkələrində ləğv edilib.

Tarix terminləri lüğəti