►Durğunluqdan çıxarmaq, bir işi irəliyə aparmaq, nəyi isə hərəkətə gətirmək, yerindən oynatmaq, fəaliyyətsizliyə son qoymaq.
İfadə maşın-mexanika terminologiyasından yaranaraq yayılmışdır.
«Ölü nöqtə» deyəndə mexaniklər maşın hissələrinin bir anlıq donub-qaldığı vəziyyəti nəzərdə tuturlar: əks istiqamətlərdən hərəkət edən, balanslaşdırılmış qüvvələr. Dayanma baş verməsin deyə ağır «nazim çarxlar»dan istifadə edirlər. Bu çarxlar ətalət vəziyyətində də fırlanmağa davam edərək istənilən mexanizmi «ölü nöqtə»dən çıxarır.
Məcazi mənada «ölü nöqtə» – hərəkətsizlik, donuqluq, ətalət və fəaliyyətsizlik vəziyyətidir. Buna görə xalq arasında həm də «ölü nöqtədən tərpənmək» şəklində işlənən ifadə hər hansı bir işdə durğunluqdan çıxmağı, hərəkətə gəlməyi bildirir.
Məsəllər, deyimlər