Reklam
Reklam

Məsəllər, deyimlər

ÖLÜ CANLAR

►Adı olub özü olmayan, ictimai hәyatdan uzaq, maraqsız, habelә müәyyәn yerdә yaşayıb öz vәzifәsini yerinə yetirmәyәn adamlar һaqqında işlәdilən ifadə.

İfadә rus yazıçısı Nikolay Qoqolun (1809–1852) özünün poema adlandırdığı «Ölü canlar» romanının adından yayılıb məşhurlaşmışdır.

Әsәrdә tәsvir olunur ki, Çiçikov «ölü canlar» almaqla mәşğul olur. «Ölü canlar» isә ölmüş, lakin rәsmi sәnәdlәrdә adı dirilәr siyahısında qalan tәhkimçi kәndlilәr hesab olunur. Ölmüş kəndlilərin sənədlərinin alınması haqqında faktlar həqiqətən var idi, amma «ölü canlar» termini hələ yaranmamışdı. Bu roman-poemanın süjetini Qoqola A.S.Puşkin demişdir, bəlkə, buna görə ifadənin müəllifi də onu hesab etmək olar.

Əsərin yaranmasından sonra «ölü canlar» ifadəsini adı haradasa yalandan qeyd olunan, amma heç bir iş görməyən insanlara şamil etməyə başladılar.

Məsəllər, deyimlər