yun. okeanos – ucsuz-bucaqsız dəniz + yun. eu – yaxşı + yun. statis – yerində dayanmaq, sakitlik
Dünya okeanının hər yerində eyni vaxtda müşahidə edilən su səviyyəsinin tədricən dəyişməsi prosesi.
O.S.E.T. okean dibində çökmələr, yaxud iri qalxmalar, iqlimdən asılı olaraq okeanın su balansının dəyişməsi, sahil zonasında tektonik hərəkətlərin baş verməsi ilə əlaqədar yaranır. Eyni vaxtda baş verən və geniş əraziləri əhatə edən transqressiya və reqressiya hadisələri məhz O.S.E.T. ilə bağlıdır. O.S.E.T. anlayışını elmə 1888-ci ildə avstriyalı geoloq Eduard Züss daxil edib.
Coğrafiya terminləri lüğəti