Reklam
Reklam

Məsəllər, deyimlər

OĞUL BELDƏN, ƏR ELDƏN

►Qadın üçün ailə üzvlərinin, xüsusilə dörd vacib kişinin (ata, qardaş, ər, oğul) əhəmiyyətini göstərmək üçün işlədilən ifadə.

İfadә «tarixin atası» Herodotun təsvir etdiyi bir hadisә ilә әlaqәdar meydana gəlmişdir.

İran şahı I Dara şübһәlәndiyi İntafrenesi (hakimiyyәti yalançı Smerdisdәn almaqda Daraya kömәk etmiş 7 nәfәrdәn biri) bütün yaxın adamları ilә birlikdә һәbs eləyib edam cәzasına mәһkum etmişdi. İntafrenesin arvadı saraya gәlib öz uğursuz taleyindәn şikayәtlәnir vә ağlayırdı. Nәhayәt, Daranın ona yazığı gәlir vә tutulanlardan yalnız birini onun xahişi ilә azad edәcәyini söylәyir. Qadın fikirlәşdikdәn sonra deyir: «Әgәr hökmdar bir nәfәrin hәyatını mәnə bağışlayırsa, mәn qardaşımı azad eləmәyi xahiş edirəm». Cavabdan heyrәtlәnmiş I Dara soruşur ki, nәyә görә sәn ancaq qardaşının qayğısına qalırsan? Axı o sәnә oğulların qәdәr yaxın, әrin qәdәr әziz deyil. Qadın deyir: «Mәnim başqa әrim ola bilәr, yenә dünyaya uşaq gәtirә bilәrәm. Lakin qardaş tapa bilmәrәm. Çünki nә atam sağdır, nә dә anam».

Əslində, ifadə «Oğul beldәn, әr eldәn, vay qardaş dәrdi» şәklindәdir və dilimizdə buna uyğun olaraq «Oğul әlә düşәr, qardaş yox» kimi atalar sözü də vardır.

Bir çox dillərdə, o cümlədən ərəb dilində «Qoca әr mövcuddur, oğul dostumdur, qardaş itmişdir» şəklində işlədilir.

Məsəllər, deyimlər