►Adәtәn, nəticəsini hamının intizarla gözlədiyi bir işin ardınca gedən adam qayıdarkən o işi yarıdıb-yarıtmadığını, həll edib-etmədiyini bilmək üçün ona verilən sual.
İfadə «Kitabi-Dәdə Qorqud» dastanından qaynaqlanır.
Bu deyimdəki «oğlan» «müsbət» (təsdiq, müvəffəqiyyәt), «qız» isə «mənfi» (imtina, müvəffəqiyyətsizlik) mәnasını daşıyır. «Kitabi-Dәdə Qorqud» dastanının «Bayburanın oğlu Bamsı Beyrək» boyunda tәsvir olunur ki, qız elçiliyinə getmiş Dәdә Qorqud müsbət cavab alıb qayıtmışdı:
«Dədә (Qorqud) döndü. Baybura evlәrinә gәldi.
Baybura bәy aydır: – Dәdə. Oğlanmısan, qızmısan?
Dәdə: – Oğlanam, – dedi».
İndinin özündə də bir işin nəticəsinin müsbət və ya mənfi olduğunu bilmək üçün bu sualı verirlər.
Məsəllər, deyimlər