►Hər hansı hərəkəti və ya sözü ilə mübahisəni, münaqişə və ya düşmənçiliyi daha da qızışdırıb alovlandırmaq.
İfadəni ilk dəfə romalı şair Kvint Horatsi Flak (e.ə. 65–8) özünün məşhur «Satir» adlı əsərində işlətmişdir.
Həmin əsərdən belə anlaşılır ki, bu ifadə hələ Qədim Roma dövrlərindən məşhur olmuşdur. Qədim romalılar daha çox mənfi çalar daşıyan bu ifadəni insanlar arasında ədavət və düşmənçiliyi qızışdıran, narazılığı artıran, onların bir-birinə nifrətini daha da coşduran, ümumiyyətlə, ehtirasları alovlandıran adamların ünvanına işlədirlərmiş.
Müasir dövrümüzdə publisistik yazılarda münaqişəli problemlərdən bəhs edən materiallarda bu ifadə geniş işlədilir. Bəzən ifadədəki «yağ» sözünün əvəzinə «benzin», «kerosin» və s. sözlərin işlədilməsi hallarına da rast gəlinir.
Məsəllər, deyimlər