1. Əsər, əlamət, iz. □ Amma sənin itəcəkdir ad-sanın; Qalmayacaq yer üzündə nişanın. (A.Səhhət).
2. Bir şeyi digərindən ayıran əlamət, tanınmaq üçün qoyulan işarə; nişanə. □ Ərəb atın dastanını söylərəm; Üç yaşında hər nişanı bəlli olur. (“Koroğlu”).
3. Yaxşı olmuş yaranın qalmış izi, əlaməti, yeri. □ Qolunda güllə nişanı var.
4. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişanə. □ Nişanı vurmaq.
5. Odlu silahlarda hədəfi nişan almaq üçün lülə üzərində çıxıntı.
6. Hər hansı bir xidmət və ya hər hansı bir hadisənin xatirəsinə görə bir təşkilat tərəfindən verilən üstü yazılı, şəkilli metal və s.-dən hazırlanmış xüsusi lövhəcik. □ Döş nişanı. Qızıl nişan.
7. Oğlan tərəfindən qızı nişanlamaq məqsədilə göndərilən üzük, şirni və s. şeylər. □ Nişan üzüyü. Nişan xonçası.
Həmçinin bax: