Reklam
Reklam

Məsəllər, deyimlər

NƏSİMİTƏK SOYULMAQ

►Məsləki yolunda əzab çəkmək, haqsız zülmə, işgəncələrə məruz qalmaq.

İfadə Azәrbaycanın görkәmli şairi, ruhanilərin fitvası ilə Hələb şəhərində dərisi diri-diri soyulmuş İmadəddin Nәsiminin (1369–1417) adı ilə bağlıdır.

Nəsimi hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyalarına görə uzun illər mühafizəkar din xadimlərinin qəzəbinə düçar olmuş və təqib edilmişdir. Poeziyasındakı azadlıq ruhuna, dini-fəlsəfi görüşünə görə cəzalandırılaraq Suriyanın Hələb şəhərindəki Böyük Ərəb qalası önündə edam olunmuşdur.

Nəsiminin edamı haqqında tarixçi İbn əl-İmad Hənbəli yazır: «O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, Teymur onun öldürülməsini əmr etdi, dərisi soyuldu, çarmıxa çəkildi».

Nəsiminin incə ruhlu lirikası, fəlsəfi şeirləri onu xalq arasında çox məşhurlaşdırmışdır. Şairi həm də bir məslək sahibi, bu məslək uğrunda çarpışan bir mübarizə adamı kimi sevib vəsf etmişdilər. Bu mənada XVII əsrdә yaşamış Sarı Aşığın «Nəsimitək bu aşiq, yolunda soyulandır» bayatısı çox məşhurdur.

Məsəllər, deyimlər