Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

nərgizçiçəyikimilər

lat. amaryllidaceae

Zanbaqçiçəklilər sırasından birləpəli bitki fəsiləsi.

Nümayəndələri soğanaqlı çoxillik otlardır. Dünyada 1000 növü əhatə edən 75 cinsi vardır. N.-in nümayəndələri (nərgizgülü, xədicəgülü və b.) Qafqazda və Azərbaycanda da yayılmışdır.

Biologiya terminlərinin izahlı lüğəti