Xam neftdən neft məhsulları – yanacaq, sürtkü və elektroizolyasiya materialları, yol örtükləri və s. – istehsal edən emal sənayesi.
İlkin (birinci) emal prosesində neft qatışıqlardan təmizlənir və tərkib hissələrinə (benzin, kerosin, mazut və s.) ayrılır, onların bəziləri müəyyən minerallarla qarışdırılır. Təkrar (ikinci) emal prosesində onun komponentlərinin strukturu dəyişdirilir və sintetik kimya məhsullarının (rezin, kauçuk, plastmas, yuyucu vasitələr, gübrələr və s.) hazırlanması üçün xammal əldə edilir. N.E.S.-ndə hətta neftin tullantılarından da istifadə olunur; məsələn, onlardan koks, sulfat turşusu hazırlanır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti